Ana Səhifə Quş Dili Hafiz Şirazinin qəzəli Hacı Mailin tərcüməsində
Quş Dili

Hafiz Şirazinin qəzəli Hacı Mailin tərcüməsində

Paylaş
Paylaş

Dün gecə gizli gedib xaneyi-cananə yavaş
Barmaq üstə yeridim yatdığı eyvanə yavaş

Getmiş idi yuxuya təxti-zər üstə yarım
Qorxudan lərzə düşübdü bu şirin canə yavaş

İki barmaqla duvağın ay üzündən çəkdim
Heyran-heyran baxıban ol məhi-tabanə yavaş

Əyilib öpdüm üzündən o gözəl dildarın
Busəsi sanki dəyər min şəkəristanə yavaş

Açdı azca gözünü baxdı mənə çevrildi
Dağınıq zülf töküldü ruxi-cananə yavaş

Dedi hey hey biədəb sən nə edirsən de dedim
Asta ol ta səsimiz getməyə hər yanə yavaş

İstərəm mən bu gecə həmdəm olaq ey dilbər
Şəmi söndür dedi ta tar ola bu xanə yavaş

Kamsız könlüm o gün sübhə kimi kam aldı
Ehtiram ilə vida etdi o mehmanə yavaş

Şaha bu xoş gecəni söylə nola ey Hafiz
Xəlqə pünhan qala bu qisseyi-dürdanə yavaş

من دوش پنهان می‌شدم تا قصر جانان سنگنک
نرمک نهادم پای را رفتم به ایوان سنگنک

دیدم نگار نازنین بر تخت زر در خواب خوش
من از نهیب بیم او چون بید لرزان سنگنک

کردم دو انگشتان دراز آهستهک آهستهک
برداشتم برقع به ناز از ماه تابان سنگنک

یک نیمه نرگس باز کرد از خواب جنبانید سر
شد بر رخ همچون مهش زلف پریشان سنگنک

گفتا به من ای باهنر گفتم منم مسکین تو
تا گر کسی یابد خبر ای راحت جان سنگنک

باری به کام خویشتن آوردمش در بر دمی
بانگ نوا زد آن زمان مرغ سحرخوان سنگنک

گفتا که حافظ خیز و رو صبح است بر ایوان شاه
بر شاه خوان این قصه را از خلق پنهان سنگنک

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Quş Dili

Şe’r və şair haqqında – Seyyid Cəmalüddin Əsədabadi

Seyyid Cəmalüddin Əsədabadi Əfğani Şe’r və şair haqqında Bəzi insanlarda bir əcəb...

Quş Dili

Məhəmmədhüseyn Şəhriyardan tərcümə – Məcid Dövri

باز کن نغمه جانسوزی از آن ساز امشب تا کنی عقده اشک...

Quş Dili

Məhəmmədhüseyn Şəhriyardan tərcümə – Məcid Dövri

Seyyid Mühəmmədhüseyn Şəhriyarın qəzəli Məcid Dövrinin bədii tərcüməsində از غم جدا مشو...

Quş Dili

Fəridüddin Əttarın “Məzhər-ül-əcaib” əsərindən tərcümə – İmran Beyti

Şeyx Fəridüddin Əttar Nişapurinin "Məzhər-ül-əcaib" əsərindən 35, 36, 37-ci bəxşlərin tərcüməsi: یک...