Hacı Şeyxəli Tuti Nardaraninin (1881-1966) nə`ti
Qıldı dünyanı münəvvər, təl’əti Peyğəmbərin,
Verdi mövcudata surət, surəti Peyğəmbərin.
İlləti-ğaiyyi-külli-mümkünat etdi zühur,
Tutdu Turi-kainati sərbəsər, zərrati-nur,
Şəmsi-həq nurundan ə’da oldu çün, xəffaş kur,
Olcağın zahir cahanda, xilqəti Peyğəmbərin.
Aləmi-təcrid ü təkvinə səbəb, bu nuri-pak,
Nuri-pakiylə ədəm mülkün qılıbdır, çak-çak,
Fəxr edər ərşi-bərinə dəmbədəm, bu tirə xak,
Görcəgin geymiş vücudi, xəl’əti Peyğəmbərin.
Nurbəxş olmuş vücudi-zati, nar ü nurdə,
Məhv edib Musayi-eşqin, cilvəgahi-Turdə,
Çün yədi-bəyza, ziyabəxş oldu çeşmi-kurdə,
Pürziya etdi vücudi, Həzrəti-Peyğəmbərin.
“Əşrəqəl-ərzə binuri-vəchə”*, nöh əflakdən,
Qoydu taci-izzət, a’ba vü ülüvvi-xakdən,
Geydi-xəl’ət, dari-imkan, Həzrəti-lövlakdən,
Məqsədi-mucid vücudə, Həzrəti Peyğəmbərin.
Sahibi-taci-kəramət, maliki-xülqi-əzim,
Mə’dəni-elm ü hidayət, saliki-şər’i-qəvim,
Rafii-küfr ü zəlalət, mühyiyi-əzmi-rəmim,
Məzhəri-fəyyazməzhər, xisləti Peyğəmbərin.
Eydi-mövludi-Nəbidür, ey güruhi-xas ü am,
Var yeri, ərşi-bərin olsun zəminə, bir ğulam,
Müjdə olsun sizlərə, ey əhli-İslami-kiram
Kim, nəsib olmuş sizə, bu dövləti Peyğəmbərin.
Yövmi-mövludi-Nəbidə, oldu aləm kamyab,
Aləmi-mə’nadə ey ümmət, yetər hər an xitab,
Əlbəşarə, əlbəşarə, milləti-alicənab,
Bəxtiyar etdi sizi, bu hörməti Peyğəmbərin.
Zati-alisi bu gün, dünyani purnur eylədi,
Savə dəryasin, cahan mülkündə məstur eylədi,
Taği-Kəsra sınmağın, aləmdə məşhur eylədi,
Sanma cayi-ücbdür, bu sərvəti Peyğəmbərin.
Cəhli məhv etdi təmamən, elmi qıldı aşikar,
Zülmi nabud eyləyib, məzlumi etdi paydar,
Nasixi-ədyani-küll oldu, bu dürri-şahivar,
Ta əbəd baqi qalar, bu şöhrəti peyğəmbərin.
Feyzyab ol, ey əzizim, feyzi-bipayandən,
Tut təriqi-həqqi, kəsbi-elm qıl Qur’andən,
İbrət al yövmi-miadə, Buzər ü Səlmandən,
Gör nə hikmət zahir etmiş, hikməti Peyğəmbərin.
Eyd olubdur bizlərə, mövludi-Xətmi-ənbiya,
Eylərik nami-Hüseyn ilə, əzayə iktifa,
Tutiya, hüzzarilən versün Xuda, əcr ü cəza,
Ruzi-məhşərdə, behəqqi-hörməti Peyğəmbərin
* Yer üzü, onun üzünün nuru ilə işıqlandı
Mənbə: Hacı Şıxəli Tuti, “Qəsidələr, növhələr, qəzəllər”, Bakı – 1992. səh:6-7.
Şərh Yaz