AMİN İctimai Birliyinin sədri, tədqiqatçı şair Seyyid Əsrinin “Fidan çiçəkləri” adlı ilk kitabı işıq üzü görüb. Mücrü nəşriyyatında çapdan çıxan bu kitab İctimai Birliyin 4-cü kitab nəşridir.
Kitabın korrektoru və lüğətin tərtibçisi Məhəmməd Nuri, mətni yığan İmran Beyti, üz qabığındakı rəsmin müəllifi Charles Sprague Pearce, üz qabığının dizayneri Hüseyn Şərifzadə, tərtibçi dizayner Sahib Ədilovdur.
“Fidan çiçəkləri” kitabı bu bölmələrdən ibarətdir:
- AMEA Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi və mərhum Hacı Mailin oğlu Hacı Mustafa müəllimin ön sözü
- Seyyid Əsrinin, yaradıcılığının ilkin illərindən bu yana sırf qədim üslubda yazdığı şe’rlər
- Ərəb və fars dilli irfani ədəbiyyatdan etdiyi bədii tərcümə nümunələri
- Sadədilli son məhəbbət qəzəlləri
- Şe’rlərdə işlənmiş çətin anlaşılan ərəb, fars və qədim türk sözlərinin lüğəti
- Seyyid Əsrinin 7 beytinin şərhi
- Şe’rlərin vəznləri haqqında qeydlər
- Müəllifin tərcümeyi-halı
Kitabı əldə etmək istəyənlər bizimlə WhatsApp nömrəmiz və sosial şəbəkə hesablarımız vasitəsilə əlaqə saxlaya bilərlər.
Şərh Yaz