Ana Səhifə Quş Dili Şe’r və şair haqqında – Seyyid Cəmalüddin Əsədabadi
Quş Dili

Şe’r və şair haqqında – Seyyid Cəmalüddin Əsədabadi

Paylaş
Paylaş

Seyyid Cəmalüddin Əsədabadi Əfğani

Şe’r və şair haqqında

Bəzi insanlarda bir əcəb istedad, bir qəribə xasiyyət və zövq tapılır ki, o istedad şer istedadı və o zövq nəzm zövqüdür. Bu istedadın sahibləri bəzən bədii mənaları aləmə zahir edirlər və yeni fikrlər ixtira edirlər ki, insanların ağılları ona heyran qalır. Bu işdə eyniylə tozları götürüb butələrdə əridərək ondan gümüş olan müsəffa bir cövhər ortaya çıxaranların misalındadırlar. Və ya yaşıd sütüllərin1 qulaq-boyun zinəti olan lətif inci [üçün] dənizin dibinə dalmış dalğıcların bənzəridirlər. Bəzən bayağı mənaları götürüb ona elə bir surət geydirirlər ki, təəccübə bais olur. Bu halətdə yonulmamış, biçimsiz görkəmdə bir daş parçası götürüb öz sənət gücləri ilə onu könüloğurlayan bir sənəm (büt), adlı-sanlı igid və ya ədalətli məlik heykəlində cilvələndirən heykəltəraşlar mislindədirlər. Əcəb zövq və dəyəri ağır istedaddır ki, öz təhrikedici kəlmələri ilə şücaət və qoçaqlığı qorxaqların nəfslərində nəqş edirlər və onları addım atmağa, igidliyə dəvət edirlər. Qaba əxlaqı və bəyənilməz sifətləri öz lətif mənaları [ilə] nəfslərin lövhəsindən təmizləyirlər, məkarim-ül-əxlaqı (kəramətli əxlaqı) öz ürəktovlayan sözləri ilə pisəməlli vəhşixislətlərə öyrədərlər. Bu istedad insanlıq aləmində ilk fəlsəfə və hikmət öncülü olmuş, insanlıq cəmiyyətinin təşkili və onun mədəniyyət dərəcələri ilə tərəqqisi üçün ilk dəvətçi olmuşdur və bu istedadın sahibləri bu ali zövqə sahib olduqlarından mənalara heyrətəngiz istiarə, məcaz və təşbihlər vasitəsi ilə elə bər-bəzək verirlər ki, bütün nəfslərin təblərinin sevimlisinə çevrilir hətta xəbis əqllər və nəfslərin də. Və insanın əxlaqındakı yamanlığı bir üsulla bəyan edir ki, hətta o xülqün sahibi də öz nəfsində onu etiraf edir. Ümmətlərdə bu istedadın sahiblərinin artması onların elm və mərifətlərdə önə keçməsi miqdarıncadır. Nəzərindən qaçmasın ki, o şer və şairdən murad biz dediyimiz həmin ali mərtəbədir, bu boşboğaz gəvəzə şairciklər deyil ki, ata-babalarından onlara miras qalmış neçə zəif təşbih və istiarələri yıpranmış libas və köhnə geyimlə cilvələndirirlər, “Zeyd”i mədh etmək və “Bəkr”i məzəmmət etmək ilə öz ömrlərini başa çatdırırlar. Vəssəlam.

Mənbə: Məqalate-Cəmaliyyə, Əbülhəsən Cəmali, Tehran, h.ş. 1312, səh. 156-157.

Mütərcim: Seyyid Əsri

  1. Kəvaib – sütüllər
    Ətrab – yaşıdlar.
    Nəbə surəsi 33-dən iqtibasdırlar.
Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Quş Dili

Hafiz Şirazinin qəzəli Hacı Mailin tərcüməsində

Dün gecə gizli gedib xaneyi-cananə yavaş Barmaq üstə yeridim yatdığı eyvanə yavaş...

Quş Dili

Məhəmmədhüseyn Şəhriyardan tərcümə – Məcid Dövri

باز کن نغمه جانسوزی از آن ساز امشب تا کنی عقده اشک...

Quş Dili

Məhəmmədhüseyn Şəhriyardan tərcümə – Məcid Dövri

Seyyid Mühəmmədhüseyn Şəhriyarın qəzəli Məcid Dövrinin bədii tərcüməsində از غم جدا مشو...

Quş Dili

Fəridüddin Əttarın “Məzhər-ül-əcaib” əsərindən tərcümə – İmran Beyti

Şeyx Fəridüddin Əttar Nişapurinin "Məzhər-ül-əcaib" əsərindən 35, 36, 37-ci bəxşlərin tərcüməsi: یک...