Aslanlı İmran Məzahir oğlu 19 iyun 2003 cü ildə Bakı şəhərində anadan olub 2020-2024 cü illərdə Bakı Dövlət Universitetinin İqtisadiyyat ixtisası üzrə təhsil alıb. AMİN İctimai Birliyinin ən fəal üzvlərindəndir.
QƏZƏLLƏR
Ey rəqib işvə dilin yar bilər mən bilərəm
Bu könül rəmzini dildar bilər mən bilərəm
Ey həkim əl çək əlacımda özün öldürmə
Sihhətim dərdə səbəbkar bilər mən bilərəm
Ötür ey hicr məni vüslətə şirin-şirin
Gerisin ol acı rəftar bilər mən bilərəm
İstəsə gah yapar gah yıxar könlüm evin
Neyləyər mənlə o me’mar bilər mən bilərəm
Beytiya həsrət otağında nələr çəkdiyimi
Şahid olmuş dər ü divar bilər mən bilərəm
***
Həray getdi bizim novbəharımız əldən
Çıxıb səfalı keçən ruzgarımız əldən
Qoyunca söz sözünün qarşısında ey dilbər
Çıxaydı kaş bizim ixtiyarımız əldən
Önündə əldən-ayaqdan gedərdik əvvəllər
Salıbdır indi bizi intizarımız əldən
Qapunda bir qul idik şah bizdən əksik idi
Gedibdi səndən uzaq e’tibarımız əldən
Çəkəydi xirtdəyimizdən fələk bir az əlini
Çətin çıxardı belin ey nigarımız əldən
Məhəbbətində çıxa kaş əqlimiz başdan
Yolunda kaş gedə izz ü arımız əldən
Çıxarsa qəflətən ey Beyti canımız nə əcəb
Yeyincə getdi bizim çünki yarımız əldən
***
Atəşpərəst könlümə rüxsari-yar ola
Tərsasifətli qəlbimə zünnari-tar ola
Ol ay şəhrinə məni həsrətdə kim qoyub
Bir gün bu qəm diyarına kəndi düçar ola
Yarın qəmində susmaya can nalə eyləyə
Yüz dəf’ə bundan artıq ürək kaş zar ola
Pis olmasa bilinməyəcək yaxşı qiyməti
Hər gül yanında bağdə vacibdi xar ola
Ancaq nedim ki xam könül daim istəyir
Aləmdə nə rəqib ola nə intizar ola
Qoy şeyxlər qərarını hey şuxlər ala
Eşqilə huşyarlər indi xumar ola
Hər vəqt zəhmdən gözəlim rəhm yaxşıdır
Billah rəva deyil sənə Beyti kənar ola
Şərh Yaz