Ana Səhifə VƏFAlılar Məhəmməd Mədəni – “Vəfa” Ədəbi Məclisinin üzvü
VƏFAlılar

Məhəmməd Mədəni – “Vəfa” Ədəbi Məclisinin üzvü

Paylaş
Paylaş

Əliyev Məhəmməd Mahir oğlu 9 noyabr 2008-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. Əslən Bakının Qala kəndindəndir. 16 nömrəli Texniki-Humanitar Liseyi bitirib. Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə təhsil alır. AMİN ictimai birliyinin üzvüdür.

MÜXƏMMƏS

Könül o qarəsaçı Kəbeyi-Ülya bildi
Kuyini dövr eləyib cənnəti-mə’va bildi
Baği-cənnətdə onu bir güli-rə’na bildi
Eşqdən qeyri nə var dəhrdə xülya bildi
Nə bu dünya qəmini nə qəmi-üqba bildi

Əqli gör Həq onu hər elmdə aqil yaradıb
Hüsnü gör cümlə cəhanı ona mail yaradıb
Eşqi gör aləmin hər cövrünə qail yaradıb
Gör onu Xaliqi-Yekta necə kamil yaradıb
Özünə Həqq Rəsulu onu həmta bildi

Bir əyaq içrə ərəq ilə dönə məstə könül
Guşeyi-yarə fəraz eyləyə peyvəstə könül
Gər ona rast gələ şurə gələr xəstə könül
Bu məqam içrə nəva eyləyib ahəstə könül
Özün üşşaq ara bir bülbüli-şeyda bildi

Nöqteyi-badı yığan nuruna pərvanələri
Nöqtədir başına cəm eyləyib əmma nələri
Bu müəmmanı bilər aşiqi-divanələri
Yığ tök ətrafə bütün aqil ü fərzanələri
Kim deyər ki nədir o sirr ü müəmma bildi

Nöqteyi-banı danan mə’niyi-Qur’an nə bilir
O mələksurəti bəs xadimi-şeytan nə bilir
Mədəni yorma özün fazili nadan nə bilir
Qeyri mövlanı sevən eşq ilə iman nə bilir
Aşiq ol kəsdir onu kəndinə Mövla bildi

MƏSNƏVİ

Ey dost sənə deyim hekayət
Bir mahdən eyləyim şikayət

Ay adicə cismdir səmadə
Hamı kimi ömr edirdi sadə

Gündən ki o nurunu alırdı
Əks etdiribən yerə salırdı

Lakin itirib həyanı bir gün
Saydı özünü Günəşdən üstün

Mən söylədi ali qibləgahəm
Bundan sora asimanə şahəm

Qılsın gərək hamı mahə təzim
Etsin özünü yolumda təslim

Eşq əhli mənə gətirsin iman
Eşqimlə yaza söz əhli divan

Eşqim ilə tarzən çala tar
Tar eşqlə zar edə nəyi var

Mən nur saçan bu aləmə şəm
Aləm bura dövr üçün olub cəm

Hamı başıma təvaf eylər
Aləm belə inkişaf eylər

Tərif ilə doymayıb nəhayət
Tən ilə günəşdən açdı söhbət

Var təkcə dedi Günün qüruru
Lazım deyil heç onun o nuru

Böylə bu vəfasız oldu sultan
Yer əhli ona gətirdi iman

Şair yenə vəsf edib ol ayı
Yoxdur dedi asimanda tayı

Tar isə səda salıb cahanə
Tərif ilə şahi-asimanə

Xanəndə də oldu mahə məddah
İcad elədi təraneyi-mah

Hamı dedi o gədayə tərif
Bax böylə həqiqət oldu təhrif

Bir gün Günəş oldu işdən agah
Öyrəndi ki padşah olub mah

Hirs ü qəzəb ilə odda yandı
Lakin düşünüb biraz dayandı

Olmaz dedi iş görəm əsəblə
Dərsini gərək verim ədəblə

Mah ilə məsafəsini çözdü
Tüm cismləri sırayə düzdü

Ayın üzünə o saldı sayə
Ta nuru yetişməsin ki Ayə

Ayın da yavaşca nuru söndü
Əvvəlcə kiçik hilalə döndü

Sonra da təmam gözdən itdi
Bax böyləcə o zəvalə yetdi

Ey dost kimə edərsən imdad
Sən gözləmə ki səni edər şad

Yer əhli kimi gədanı tutma
Kim yaxşılıq eyləsə unutma

İş görməginən həmi qəzəblə
Biganəyə ver cəvab ədəblə

Batma Mədəni daha günahə
Tay tutmaginən gədanı şahə

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Əsgər Safi
VƏFAlılar

Əsgər Safi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Babayev Əsgər Asif oğlu 2008-ci ildə Bakı şəhərində anadan olub. Hal-hazırda Bakı...

VƏFAlılar

Əliqulu Yari – “Vəfa” Ədəbi Məclisinin üzvü

Abuşov Əliqulu Coşqun oğlu 1998-ci il 11 oktyabr Bakı şəhərində anadan olub....

Azər Ərzi
VƏFAlılar

Azər Ərzi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Azər Ərzi (Osmanlı Azər Azad oğlu) 1 yanvar 2000-ci ildə Astara rayonunda...

VƏFAlılar

İmran Səbri – “Vəfa” Ədəbi Məclisinin üzvü

Sabirov İmran Eldəniz oğlu 14 iyun 2007-ci ildə Şamaxı şəhərində doğulmuşdur. 2021-ci...