Ana Səhifə Kitablarımız Hədiqət-ül-əhadis
Kitablarımız

Hədiqət-ül-əhadis

Paylaş
Hədiqət-ül-əhadis
Hədiqət-ül-əhadis
Paylaş

Ədəbiyyatşünaslar və poeziya həvəskarları üçün yeni nəşr təqdim edilib. AMİN İctimai Birliyi tərəfindən işıq üzü görən ikinci kitab “Hədiqət-ül-əhadis” adlanır.

Nəşr böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə töhfə kimi hazırlanıb. Eyni zamanda kitab Azərbaycan–Özbəkistan mədəni əlaqələrinə həsr olunaraq, klassik Şərq ədəbiyyatının görkəmli nümayəndələri — Əlişir Nəvainin ustadı Əbdürrəhman Caminin 610 illiyinə də yadigar olaraq təqdim edilir.

Tədqiqat əsərində Caminin farsca, Nəvainin türkcə (özbəkcə) və Füzulinin azərbaycanca qələmə aldığı “Qırx hədis” mənzumələri müxtəlif əlyazmalar və qədim çap nümunələri əsasında hazırlanıb. Kitabda mətnlərin ərəb qrafikalı elmi-tənqidi variantı, latın əlifbasında oxunuşu, tərcümələri və sadələşdirilmiş nəsr formaları yer alır.

Nəşrin tərtibçisi və tərcüməçisi tədqiqatçı-şair Əşrəf Fəxri, elmi rəyçisi filologiya elmləri doktoru Ataəmi Mirzəyev, ön söz müəllifi AYB üzvü şair Azər Fəraqidir. Kitabın rəssamı Anar İsmayılov, dizayneri isə Hüseyn Şərifzadədir.

Yeni nəşrin klassik irsə maraq göstərən oxucular, tədqiqatçılar və ədəbiyyatşünaslar üçün dəyərli mənbə olacağı gözlənilir.

Kitabı əldə etmək istəyənlər bizimlə WhatsApp nömrəmiz və sosial şəbəkə hesablarımız vasitəsilə əlaqə saxlaya bilərlər.

 

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Fidan çiçəkləri
Kitablarımız

Seyyid Əsri – Fidan Çiçəkləri

Mücrü nəşriyyatında çapdan çıxan bu kitab İctimai Birliyin 4-cü kitab nəşridir

Azər Vahid - Qəzəllər
Kitablarımız

Azər Vahid – Qəzəllər

AMİN İctimai Birliyinin növbəti kitabı “Qəzəllər” işıq üzü görüb. Bu nəşr Vahid...

Kəşfiyyatçı
Kitablarımız

Ustad Cəsur Nari (Seyyid Ümmi) – Kəşfiyyatçı

Təsəvvüf və klassik ədəbiyyat sevərlərə xoş xəbər! AMİN İctimai Birliyi tərəfindən ilk...