Ana Səhifə VƏFAlılar İmran Səbri – “Vəfa” Ədəbi Məclisinin üzvü
VƏFAlılar

İmran Səbri – “Vəfa” Ədəbi Məclisinin üzvü

Paylaş
Paylaş

Sabirov İmran Eldəniz oğlu 14 iyun 2007 ci ildə ŞAMAXI şəhərində doğulmuşdur. 2021 ci ildə Şəhid Rauf Əliyevin tar sinifin bitirmişdir. Hazırda Bakı Dövlət Universtetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsində təhsil alır.

QƏZƏLLƏR

Ey gül bilirəm Leylidən artıq hünərin var,
Məcnun kimi çox dillərə dastan əsərin var,

Bülbül deyiləm bağdə ətrin qoxuyum mən
Pərvanə olum, qoy yanım əlbət şərərin var,

Zülfün həvəs ilə ürəyim tari mar oldu,
Mən bilmədim hər riştədə zəqqum zəhərin var,

İşvən, baxışın, sərv boyun, kiprigü qaşın,
Tir ilə yayın, balta qılıncın, kəsərin var

Söz kəsməsən heç qəm yemərəm bir kərə ey gül
Ancaq, mənə bax qoyki bilim mən nəzərin var,

Dəng etmərəm ey gül ürəyin qoy rahat olsun,
Məndən də iraq gör nə qədər dərdi sərin var

Səbri, nə qədər səbr elədim getdi əlimdən,
Ən sonda dedi yar üzümə- ” çox zərərin var”.

***

Vurdu gün zülfünə zülfü gülümün naz elədi,
O gülüzlüm nə səbəb nazını bəs az elədi,

Nə təravətli imiş yarımın hər dəm nəfəsi,
Bu xəzan ömrümü birdən dəyişib yaz elədi,

Boğulurdu qəm içində nə qədər aşiqlər,
Hammısın əhli-fərəh ol büti tənnaz elədi,

Bu şirin məclisi bir kəs də eşitmir, ey dost,
Şurə Fərhad¹ gəlib bəzmdə Şəhnaz elədi,

Səbriya, mən danışarkən olur idim kəkəmə,
O gülün eşqi məni gör necə sözbaz elədi.

  1. Bakı Dövlət universtetinin Biologiya fakültəsinin tələbəsi və kamança ifaçısı Fərhad Məmmədəliyev
Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Əsgər Safi
VƏFAlılar

Əsgər Safi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Babayev Əsgər Asif oğlu 2008-ci ildə Bakı şəhərində anadan olub. Hal-hazırda Bakı...

VƏFAlılar

Əliqulu Yari – “Vəfa” Ədəbi Məclisinin üzvü

Abuşov Əliqulu Coşqun oğlu 1998-ci il 11 oktyabr Bakı şəhərində anadan olub....

Azər Ərzi
VƏFAlılar

Azər Ərzi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Azər Ərzi (Osmanlı Azər Azad oğlu) 1 yanvar 2000-ci ildə Astara rayonunda...

VƏFAlılar

Aydan Əhdi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Aslanlı Aydan Mahir qızı 11 iyul 2005-ci ildə Bakı şəhərində dünyaya gəlib....