“Mərifət inciləri” AMİN İctimai Birliyinin 2020-ci ildən etibarən nəşr etdiyi rüblük ədəbi-irfani məcmuədir. Məcmuə ümumi və xüsusi saylarda çap olunur. Ümumi saylar daha çox divan və təsəvvüf ədəbiyyatına dair mətnləri ehtiva etdiyi halda, xüsusi saylar Azərbaycanın milli inkişafında müstəsna xidmətləri olmuş şəxsiyyətlərə həsr edilir. Məcmuənin indiyə qədər iki ümumi, iki xüsusi sayı nəşr olunmuşdur. Xüsusi saylar Füzulişünas alim, şair Hacı Mail Nardaraniyə, görkəmli şair Dahi Almaslıya və şəhid Teymur Allahverdiyevə ithaf edilmişdir. Ümumi saylarda şeriyyatda işlənən söz və məna gözəlliklərinin (mühəssinat) şərhindən ibarət “Şer bir zivərdir”, divan ədəbiyyatında rast gəlinən qədim türk mənşəli sözlərin tarixi-etimoloji təhlilini əhatə edən “Ver sözə ehya”, habelə, bədii tərcümənin nəzəri məsələlərindən bəhs edən “Tərcümandır söz” bölmələri mövcuddur. Dərginin təsisçisi Seyyid Əsri, redaktoru Məhəmməd Nuridir.
“Mə’rifət inciləri” məcmuəsinin 5-ci sayı Allahverdiyev Teymur Qüdrət oğlunun timsalında Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən savaşında dünyasını dəyişmiş pak ruhlu...
Məhəmməd Əliyev“Mə’rifət inciləri” ədəbi-irfani məcmuəsinin 4-cü sayı Azərbaycanın böyük şairi Mirzə Dahi Almaslının 60 illik yubileyinə həsr olunmuşdur ✨
aghabala“Mə’rifət inciləri” məcmu’əmizin mərhum Füzulişünas alim və arif şair Hacı Mail Əliyevə həsr olunmuş 3-cü sayı
aghabala“Mə’rifət inciləri” məcmu’əmizin 2-ci sayındakı yazı başlıqları
aghabala"Mə'rifət inciləri" rüblük ədəbi-irfani məcmuəmizin ilk sayında Ustad Seyyid Ümminin nəfəsindən mübarək "Fatihə" surəsinin irfani təfsiri, Emin Həvayinin mənzum tərcüməsi ilə Hatif...
aghabala