Şeyx Fəridüddin Əttar Nişapurinin “Məzhər-ül-əcaib” əsərindən 35, 36, 37-ci bəxşlərin tərcüməsi:
یک روایت خوب از من گوش کن
جام از ساقی کوثر نوش کن
Xoş rəvayət dinlə məndən bir eşit
Cam kövsər saqisindən nuş et
نقل دارم از ثقات با صفا
آنکه روزی حضرت خیرالوری
Nəql edim möhkəm dəlil ilə xəbər
Ol ki bir gün Həzrəti-xeyr ül bəşər
چونکه او برگشت از حجّ الوداع
در غدیر خم مکان کرد آن مطاع
Döndü son həccindən ol hökmirəvan
Pəs Ğədiri-Xumda tutdu həm məkan
جبرئیل از حضرت عزّت رسید
نزل از حضرت به پیش او کشید
Cəbrəili göndərib Rəbbi-cəlil
Nazil oldu Həzrətə çün Cəbrəil
پیش او از پیش حق آورد پیک
آیهٔ یا ایّها بلّغ الیک¹
Həq hüzurundan xəbər gəldi belə
Endirilmiş ayəni təbliğ elə
¹.Maidə surəsi 67
“Sənə endiriləni bildir”
گفت ای اصحاب دارم رازها
رازها را گویم این دم بر ملا
Söylədi ey dustlər çox sirr var
Onları bu dəm deyim mən aşikar
هرچه میکردم نهان ز اهل وعید
من بگویم چونکه فرمان در رسید
Əhli-şərdən gizlədim hərçənd kim
Gəldi fərman indi lazımdır deyim
—————————————————————-
Bəxş 36
پس نبی فرمود منبر ساختند
از جهاز اشترش افراختند
Hazır etsinlər buyurdu minbəri
Qurdular ol dəm yəhərlərdən yeri
رفت بر منبر رسول از پر دلی
بود همراهش در آن منبر علی
Çıxdı Peyğəmbər ürəklə minbərə
Yoldaş idi həm Əli ol Rəhbərə
گفت با اصحاب پیغمبر تمام
این کلام خوش اداو با نظام
Cümlə əshabə Peyəmbər söylədi
Bu nizam ilə kəlamın eylədi
با شما ای مردمان با وفا
نیستم اولی تر از نفس شما؟
Ey vəfalı mərdlər aya sizə
Mən deyiləm nəfsdən övla sizə
—————————————————————-
Bəxş 37
جمله گفتند از طریق مهتری
تو به ما از نفس ما اولی تری
Söylədilər bilmişik mövla Səni
Nəfsimizdən tutmuşuq övla Səni
گفت هر کس را منم مولای او
پس علی مولای اوباشد نکو
Söylədi hər kimsənin mövlası mən
Ol kəsə mövla Əlidir indidən
حیدر از فرمان ربّ کاینات
شد ولی بر مؤمنین و مؤمنات
Kainatın Rəbbi seçmiş Heydəri
Cümlə Oldur mö’minatın rəhbəri
هر که او در دین من باشد درست
مهر حیدر در دلش باشد نخست
Dinimə hər kim dürüst etsə əməl
Heydərin eşqi olar qəlbdə əzəl
هر کرا باشد امیر و پیشوا
بعد من باشد امیرش مرتضا
Hər kimə başçı gərəkdir mütləqa
Ona Məndən sonra başçı Mürtəza
چون مرا دانی نبی از عاقلی
پس بدانی ابن عمّم را ولیّ
Kim məni aqilcə Peyğəmbər bilər
Bu əmimoğlum vəli rəhbər bilər
چون خطاب آن شه بشیخ و شاب کرد
روی خود برجانب اصحاب کرد
Çün cəvanla yaşlıya etdi xitab
Tutdu üz əshabına həm ol Cənab
چونکه بشناسید حیدر را مقام
نعمت حق بر شما آمد تمام
Heydərin bilsəz məqamı qüdrətin
Həq təmam eylər sizinçün ne’mətin
آورید ایمان به شاه اولیا
حق شود راضی ز اسلام شما
Kim tanısa övliyalər Şahını
Ol zəman razı edər Allahını
هرکه دارد در دل خود مهر من
مهر حیدر بایدش در جان و تن
Eşqimi bəslərsə gər hansı ürək
Cism ü canında Əli eşqi gərək
چون شما رامهر او در دل شود
آن زمان دین شما کامل شود
Qəlbinizdə eşqi ki nazil olar
Ol zəman ta dininiz kamil olar
Mütərcim: İmran Beyti
Şərh Yaz