Ana Səhifə Şe'rlər Çək bəla bəzmi ara başına bir sağər oğul… – İmran Beytinin mərsiyəsi
Şe'rlər

Çək bəla bəzmi ara başına bir sağər oğul… – İmran Beytinin mərsiyəsi

Paylaş
Paylaş

Çək bəla bəzmi ara başına bir sağər oğul
Yeri bismilləh ayaq saxlama cəngavər oğul

Bilirəm öldürər axirdə məni hicranın
Çək üzündən saçını Əkbər olum qurbanın
Eləyim yol boyu təkrar yüzün Qur’anın
Ayə-ayə bilirəm gərçi onu əzbər oğul

Mən çəkən qüssəni əsla çəkə bilməz hər ana
Olmasın mən kimi aləmdə görüm müztər ana
Səbr ü taqətdə əgər yoxdu mənə bənzər ana
Yox cəsarətdə şücaətdə sənə bənzər oğul

Bu qoşun gözləmədi hiç sənin hörmətüvi
Əsli napakdı bəs bəsləmədi rəğbətüvi
Bu özünbilməz olanlar nə bilə qiymətüvi
Ey şücaətdə Əli hüsndə Peyğəmbər oğul

Ananı etmə pərişan dur ayağə ey igid
Dur olum qəddüvə qurban dur ayağə ey igid
Qalx qiyamət qopa əl’an dur ayağə ey igid
Kərbəla ərsəsin et mə’rəkeyi-məhşər oğul

Bu od olmazmı görən sonda gülistani-Xəlil
İki dünyadə edə düşməni Allah zəlil
Bu Mina Hacərə qaytarmaz oğul İsmail
Başuvu aqibət ey vay kəsər xəncər oğul

Şahlər qorxu ilə gəldiyi an məhşərə kaş
Beytiya həzrəti-Leyla o cənab Əkbərə kaş
Səni həm tapşıraraq söyləyə ol Sərvərə kaş
Qapımızda bu üzü qarə olub nokər oğul

Paylaş

1 Şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Şe'rlər

Hacı Şeyxəli Tuti Nardaraninin nə’ti

Hacı Şeyxəli Tuti Nardaraninin (1881-1966) nə`ti Qıldı dünyanı münəvvər, təl'əti Peyğəmbərin, Verdi...

Şe'rlər

Müşairə – Vəfa Ədəbi Məclisi 16.08.2026

İmran Beyti: Sərvin başında qamət ü qəddün həvası var Bu qamətün qiyamətədək...

Şe'rlər

Ustad Seyyid Ümmidən yeni qəzəl

Ustad Seyyid Ümmidən yeni qəzəl Qürbətdə ey sənəm günü şam eylədim yenə...

Mərsiyə
Şe'rlər

Mərsiyə – Fəqir Ordubadi

Zülfün altında Əli təl`əti-ziba görünür Dəşti-eyməndə yenə nuri-təcəlla görünür Zülfün at yanə...