Ana Səhifə Quş Dili Nizami Gəncəvinin qəzəlinin tərcüməsi
Quş Dili

Nizami Gəncəvinin qəzəlinin tərcüməsi

Həkim Nizami Gəncəvidən Azər Ərzinin tərcüməsi

Paylaş
Leyli və Məcnun - Keşan xalçası
Leyli və Məcnun - Keşan xalçası
Paylaş

Həkim Nizami Gəncəvidən tərcümə:

چونکه شوم عاشق حسن تو من
بشکفم از عشق تو همچون سمن

Hüsnünə aşiq olalı ta ki mən,
Öylə açıldım, məni san yasəmən.

عاشق بسیار کشد عشق تو
باد فدا عشق ترا جان و تن

Çəkdi çox aşiq sənin eşqində dərd,
Oldu fəda eşqinə canla bədən.

قوت دلم گفت همی عشق تو
از سر رحمت نظری کن بمن

Qəlbimə olmuş sənin eşqin qida,
Bir nəzər eylə mənə rəhmətlə sən.

چون نظر عشق تو بر من فتاد
ساختم او را بدل اندر وطن

Düşdü mənə ta ki gözü eşqinin,
Eşqinə öz könlümü qıldım vətən.

سورهٔ عشق تو بخواندم بسی
حل نشد از عشق توام یک سخن

Bəs qədər eşqin oxudum surəsin,
Heç nəyi dərk eyləmədim eşqdən.

بار خدایا بنظامی نظر
هست امید از کرم زوالمنن

Eylə Nizamiyə, Xudaya, nəzər,
Vardır ümidim sənə, ey lütf edən.

Tərcüməçi: Azər Ərzi

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Quş Dili

Şe’r və şair haqqında – Seyyid Cəmalüddin Əsədabadi

Seyyid Cəmalüddin Əsədabadi Əfğani Şe’r və şair haqqında Bəzi insanlarda bir əcəb...

Quş Dili

Hafiz Şirazinin qəzəli Hacı Mailin tərcüməsində

Dün gecə gizli gedib xaneyi-cananə yavaş Barmaq üstə yeridim yatdığı eyvanə yavaş...

Quş Dili

Məhəmmədhüseyn Şəhriyardan tərcümə – Məcid Dövri

باز کن نغمه جانسوزی از آن ساز امشب تا کنی عقده اشک...

Quş Dili

Məhəmmədhüseyn Şəhriyardan tərcümə – Məcid Dövri

Seyyid Mühəmmədhüseyn Şəhriyarın qəzəli Məcid Dövrinin bədii tərcüməsində از غم جدا مشو...