Ana Səhifə Şe'rlər Mərsiyə – Fəqir Ordubadi
Şe'rlər

Mərsiyə – Fəqir Ordubadi

Paylaş
Mərsiyə
Paylaş

Zülfün altında Əli təl`əti-ziba görünür
Dəşti-eyməndə yenə nuri-təcəlla görünür

Zülfün at yanə Əli ta görə bu firqeyi-kur
Yazılub müshəfi-ruyində necə ayeyi-nur
Dərk edər bu yüzi həm çeşmi-mələk dideyi-hur
Bəs ki bu vəchi-Xuda məzhərül-əsma görünür

Ey şücaətdə Əli hüsndə həm Peyğəmbər
Xəlqən ü xülqən ü məntiqdə Rəsulə məzhər
Sureyi-iqtərəbəs-saətü vənşəqqə qəmər
Kakilün arizin üstündə hüveyda görünür

Ruy ü muyindir oğul şəmsi-züha leyli-düca
Oxuyur cəbheyi-pakin fətədəlla və dəna
Qabə qövseyn qaşunda yazılub öv ədna
Kakilin hər teli bir leylətül-əsra görünür

Qoy dolansın başına Leyliyi-biçarə oğul
Qoyma bu çöldə məni-bikəsi avarə oğul
Firqətində geyərəm mihnət ilə qarə oğul
Bu vidaində sənin həsrəti-Leyla görünür

Getmə bu ərsəyə ey sərvi-gülistani-Xəlil
Xəncəri-zülm ü sitəmlə səni eylərlə qətil
Bən bu gün Kərbübəla Hacəri sən İsmail
Bu cəbinindən əyan rəmzi-fədəyna görünür

Nazil eylübdi Xuda Cəddin içün Kaf ilə Ha
Məqsədi-Kərbübəla vaqieyi-Aşura
Zəkəriyyadən ibarətdi bu Şahi-şühəda
Sən də şə`ni-bi ğulam ismuhu Yəhya görünür

Hərəm ahusinə bu qövm vurar silsilə qeyd
Əhli-Kufə oxuyub ayeyi-la təqtulu seyd
Hörməti-mahi-Mühərrəm götürüb ali-übeyd
Xəsmi-Qur`andı bular düşməni-Taha görünür

Kərbəlanın Zəkəriyyasinə Yəhyasən Əli
Neynəva Məryəmi Leylayə Məsihasən Əli
Sureyi-Kövsər ü əl-Fəcrdə mə`nasən Əli
Əsğərin şə`ninə əl-məhd səbiyya görünür

Hər Mühərrəmdə edər bəzmi-əza çidə Fəqir
Qeydi-ğəmlərdə giriftari-bəladidə Fəqir
Qoyma olsun ey oğul həşrdə rəncidə Fəqir
Gülşəni-matəmə bir bülbüli-şeyda görünür

Fəqir Ordubadi (q.s)

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Şe'rlər

Hacı Şeyxəli Tuti Nardaraninin nə’ti

Hacı Şeyxəli Tuti Nardaraninin (1881-1966) nə`ti Qıldı dünyanı münəvvər, təl'əti Peyğəmbərin, Verdi...

Şe'rlər

Çək bəla bəzmi ara başına bir sağər oğul… – İmran Beytinin mərsiyəsi

Çək bəla bəzmi ara başına bir sağər oğul Yeri bismilləh ayaq saxlama...

Şe'rlər

Müşairə – Vəfa Ədəbi Məclisi 16.08.2026

İmran Beyti: Sərvin başında qamət ü qəddün həvası var Bu qamətün qiyamətədək...

Şe'rlər

Ustad Seyyid Ümmidən yeni qəzəl

Ustad Seyyid Ümmidən yeni qəzəl Qürbətdə ey sənəm günü şam eylədim yenə...