“Əhval və əqval” dəftərindən
VİLAYƏTİYYƏ qəsidəsi
Rum u əfrənc hüsnüdə gərçi ola Misr ü Yəmən,
Nəhr ü bəhri mislidə gərçi ola Nil ü Ədən.
Mülkü bi-həmtā ola həmtā-yı Bağdad u Hicaz,
Dəşti bi-mānənd mānənd-i Xətā ilə Xutən.
Nərgis ü gül ilə hər yanı bahar u gülsitan,
Sərv ü şimşad ilə hər yanı dəxi bağ u çəmən.
Əhli eyş ü nuş ilə uş qəsr ara Kəsra kimi,
Qulluğunda incə bel qırx dilbər-i simin-bədən.
Qoysa ol cəm küləh tək başıma dövlət quşu,
Etsə gər xali ayağıma əbir ü yasəmən.
İstəmən, ziraki xoş olmaz könül ol mülk ara,
Olmiyə eşq-i Əliyyi-Bulhüseyn ü Bulhəsən.
Mərifət əhli içün ol eşq bir höccət irür,
Fərq olur yar-i Xudadan anda yar-i Əhrəmən.
Ansız hər bir mülkü dövlətdən xəbərsiz et güman,
Ansız hər qovmu səadətdən xəbərsiz eylə zən.
Mülk-i Baku xoşsa Ətşana, səbəb ol eşqdir,
Yoxsa dərvişə bu dünyada nə hacətdir vətən?!
Milləti din-i Məhəmməddir əzəl gündən bəri,
Mənsəbi eşq-i Əli, şir-i Xuda-yı səf-şikən.
Ol fəxarət bəs irür kim el məni ondan bilür,
Qulluğunda olman ona gərçi tən himmətçə mən.
Ali dövlətdir, dəyişmən uşbu dünya malına,
Mən o Eşqi, təng ola əynimdə gərçi pirəhən.
Çün həvadis imtahan eylər səni, hay ey könül,
Bir gülü yüzmək dilərsən, qaldırar baş yüz tikən.
Bir görürsən mənzilin Yusif kimi eylər əziz,
Bir görürsən məskənin Yaqub tək Beytül-həzən.
Leyk hər hal ilə yar olsa sana eşq-i Əli,
Qəm yemə, batil olur ol Eşq ilə hər məkr ü fən.
Qarşı gəlməkçün həvadislə bu Eşqin gey tonun,
Uş o buyruq üzrə kim, həm cövşən olsun, həm kəfən
Müəllif: Tariyel Ətşan
Şərh Yaz