LÜĞƏZ (Tapmaca)
Bir aşiqdir, tökər göz yaşı qarə,
Qoyar iz bir nigarın ağ üzündə.
Edər hal əhli qəlbin parə-parə,
Yatar min illərin dərdi izində.
Məkanı gahi torpaq, gəh səmadır,
Qamışdır gahi ol, gahi lələkdir.
Onun ərbabı çün əhli-vəfadır,
Söz əhli dəstinə daim bəzəkdir.
Qılım bir raz üçün ərzi-xitabi,
Müəmma mən dedim, sən ver cəvabi.
CAVAB
Qara yazı qara gündür fələkdən
Sevincdir söhbəti gahi ələmdir
Əlin çəkməz başın kəssən ətəkdən
Dedigin Ərziya məncə qələmdir
Şərh Yaz