Xaqani Şirvaninin 900 illik yubileyinə həsr edilmiş “Bəlağət Akademiyası” AMİN İctimai Birliyinin BDU-nin Şərqşünaslıq fakültəsi və Elmi Kitabxanası ilə birgə həyata keçirdiyi layihədir. Burada videomühazirələr şəklində Bəlağət fənlərinin – bəyan, məani, bədi habelə əruz və qafiyənin, fəsahət, xitabət, inşa və digər elmlərin tədrisi nəzərdə tutulur. Ədəbi söhbətlər, beyt şərhləri və bədii tərcümə təhlilləri planlaşdırılır. Klassik ədəbiyyatı dərindən öyrənmək və bu üslubla qələmini püxtələşdirmək istəyənlər üçün faydalı proqram hazırlanmışdır.
Şərh Yaz