Ana Səhifə Şe'rlər Müşairə – Vəfa Ədəbi Məclisi 16.08.2026
Şe'rlər

Müşairə – Vəfa Ədəbi Məclisi 16.08.2026

Paylaş
Paylaş

İmran Beyti:

Sərvin başında qamət ü qəddün həvası var
Bu qamətün qiyamətədək mübtəlası var

Əliqulu Yari:

Mənbərdə sidqdən eləyür xütbə vaizin
Zahir ibadətində fəqət çox riyası var

Səbri Şirvani:

Ol məh xüsufdə üzü üstə niqab atıb
Qoymaz ki baxmağa ona bir kəs həyası var

Elman Nadim:

Hər dəm gəlüb fəğanə sızıldar həzin-həzin
Şurə gələn eşit bu neyi kim nəvası var

Məhəmməd Nuri (sədr):

Ol ahu gözlüyə uyuban düşmə çöllərə
Vəhm et ki axıri bu işin bir xətası var

Seyyid Əsri:

Mey intizarı nurun alıb qanlı yaş ilə
Gör saqi dürddən gözümün tutiyası var

Məcid Dövri (katib):

Sərraflər qızıl sözümün müştərisidür
Xalisəyardur kim əzəldən cilası var

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Şe'rlər

Hacı Şeyxəli Tuti Nardaraninin nə’ti

Hacı Şeyxəli Tuti Nardaraninin (1881-1966) nə`ti Qıldı dünyanı münəvvər, təl'əti Peyğəmbərin, Verdi...

Şe'rlər

Çək bəla bəzmi ara başına bir sağər oğul… – İmran Beytinin mərsiyəsi

Çək bəla bəzmi ara başına bir sağər oğul Yeri bismilləh ayaq saxlama...

Şe'rlər

Ustad Seyyid Ümmidən yeni qəzəl

Ustad Seyyid Ümmidən yeni qəzəl Qürbətdə ey sənəm günü şam eylədim yenə...

Mərsiyə
Şe'rlər

Mərsiyə – Fəqir Ordubadi

Zülfün altında Əli təl`əti-ziba görünür Dəşti-eyməndə yenə nuri-təcəlla görünür Zülfün at yanə...