Ana Səhifə Quş Dili Məhəmmədhüseyn Şəhriyardan tərcümə – Məcid Dövri
Quş Dili

Məhəmmədhüseyn Şəhriyardan tərcümə – Məcid Dövri

Paylaş
Paylaş

باز کن نغمه جانسوزی از آن ساز امشب
تا کنی عقده اشک از دل من باز امشب

Sazdə nəğmeyi-cansuzi et ifa bu gecə
Çözəsən qəlbdə yaşım düyünün ta bu gecə

ساز در دست تو سوز دل من می گوید
من هم از دست تو دارم گله چون ساز امشب

Saz əlində ürəgim dərdin oxur saz kimi
Sızlayır qəlbim əlindən sənin əmma bu gecə

مرغ دل در قفس سینه من می نالد
بلبل ساز ترا دیده هم آواز امشب

Nalə qəlbim quşu sinəm qəfəsində eylər
Sazının bülbülünü görmüş o şeyda bu gecə

زیر هر پرده ساز تو هزاران راز است
بیم آنست که از پرده فتد راز امشب

Sazının vardır hər pərdəsi altda min sirr
Budu qorxum ola sirr pərdədən ifşa bu gecə

گرد شمع رخت ای شوخ من سوخته جان
پر چو پروانه کنم باز به پرواز امشب

Üzünün şə’minin ətrafına yanmış canım
Edə pərvanə kimi uçmağa pərva bu gecə

گلبن نازی و در پای تو با دست نیاز
می کنم دامن مقصود پر از ناز امشب.

Dur ayağında niyaz əllərim ey nazlı çiçək
Naz ilə doldura məqsud ətəgin ta bu gecə

کرد شوق چمن وصل تو ای مایه ناز
بلبل طبع مرا قافیه پرداز امشب

Vəsl gülzarının eşqi edib ey mayeyi-naz
Təbimin bülbülünü şairi-rüsva bu gecə

شهریار آمده با کوکبه گوهر اشک
به گدائی تو ای شاهد طناز امشب

Şəhriyar gözlərinin incisi ilə gəlmiş
Etmək istər o gədalıq sənə cana bu gecə

Mütərcim: Məcid Dövri

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Quş Dili

Şe’r və şair haqqında – Seyyid Cəmalüddin Əsədabadi

Seyyid Cəmalüddin Əsədabadi Əfğani Şe’r və şair haqqında Bəzi insanlarda bir əcəb...

Quş Dili

Hafiz Şirazinin qəzəli Hacı Mailin tərcüməsində

Dün gecə gizli gedib xaneyi-cananə yavaş Barmaq üstə yeridim yatdığı eyvanə yavaş...

Quş Dili

Məhəmmədhüseyn Şəhriyardan tərcümə – Məcid Dövri

Seyyid Mühəmmədhüseyn Şəhriyarın qəzəli Məcid Dövrinin bədii tərcüməsində از غم جدا مشو...

Quş Dili

Fəridüddin Əttarın “Məzhər-ül-əcaib” əsərindən tərcümə – İmran Beyti

Şeyx Fəridüddin Əttar Nişapurinin "Məzhər-ül-əcaib" əsərindən 35, 36, 37-ci bəxşlərin tərcüməsi: یک...