Ustad Seyyid Ümmidən yeni qəzəl
Qürbətdə ey sənəm günü şam eylədim yenə
Küncüm xərabə içrə səlam eylədim yenə
Gün keçdi ömr bitdi vəli bitməz intizar
Əfsus xam xəyalə dəvam eylədim yenə
Dövrəmdə qüssə qəmlə bəla dərdi cəm edib
Ləşkər əhatəsində xüram eylədim yenə
İçdim o qədr ki görüm əksin piyalədə
Naqis qalan büsatı təmam eylədim yenə
Ümmət görəndə ta ki həramı həlal edir
Ey Ümmi mən həlalı həram eylədim yenə
Şərh Yaz