Ana Səhifə Quş Dili Məhəmmədhüseyn Şəhriyardan tərcümə – Məcid Dövri
Quş Dili

Məhəmmədhüseyn Şəhriyardan tərcümə – Məcid Dövri

Paylaş
Paylaş

Seyyid Mühəmmədhüseyn Şəhriyarın qəzəli
Məcid Dövrinin bədii tərcüməsində

از غم جدا مشو که غنا می دهد به دل
اما چه غم غمی که خدا می دهد به دل

Kənar qılma ğəmi ğəm bəha verür qəlbə
Bu ğəm o ğəmdü ki əmma Xuda verür qəlbə

گریان فرشته‌ای‌ست که در سینه‌های تنگ
از اشک چشم نشو و نما می‌دهد به دل

Elə mələkdi ki dar sinədə gözü ağlar
Töküncə yaşını nəşvü nüma verir qəlbə

این صبر تلخ و نغمهٔ شیرین طبیب ماست
با اشک شور خود که شفا می‌دهد به دل

Təbibimizdi bu şirin nəva vü acı səbr
Ki duzlu göz yaşı ilə şəfa verür qəlbə

چون شیر مادران که بُوَد مستحیل خون
غم هم به استحاله غذا می‌دهد به دل

Nə cür ki qan dönüşür cismdə ana südünə
Bu ğəm də çevrilib öylə qida verür qəlbə

بس خنده‌ها که ظلم تن و ظلمت دل است
ای زنده باد غم که ضیا می‌دهد به دل

Gülüş də var ürəyin zülməti bədən zülmü
Müdam var ola ol ğəm ziya verür qəlbə

تا عهد دوست خواست فراموش دل شدن
غم می‌رسد به وقت و وفا می‌دهد به دل

Unutmaq istəsə ta yarın əhdü peymanın
Ğəm ol zəman yetişcək vəfa verür qəlbə

دل پیشواز نالهٔ رود ارغنون نواز
نازم غمی که ساز و نوا می‌دهد به دل

Gəlincə nalə ürək ərğanonla qarşılayır
Qəmi yetişdirirəm ki nəva verür qəlbə

این غم غبار یار و خود از ابر این غبار
سر می‌کشد چو ماه و صلا می‌دهد به دل

Bu ğəm o yar tozu yar toz buludundan
Başın dikib göyə aytək nida verür qəlbə

سلطان دل صلای «بَلا للوَلا» زده است
تا دل ولیّ اوست بلا می‌دهد به دل

Ürək şəhi ki “bəlaül vəla”nı zikr eylər
Ürək vəlidir ona ta bəla verür qəlbə

فتح از مجاهدی‌ست که دل در جهاد نفس
تا شد اسیر، جان به فدا می‌دهد به دل

Zəfər o kəslədü nəfs ilə cəngdə qəlbi
Əsir düşdü edüb can fəda verür qəlbə

صحرا و سنگلاخ ضلال است، هوشدار
این غم نشان راه هدا می‌دهد به دل

Ayıq olun vəli səhra vü dağ zəlalətdür
Bu ğəm hidayətə yol istə ta verür qəlbə

غم خضر ما و چشمه‌اش این چشم اشکبار
وین چشمه قطره قطره بقا می‌دهد به دل

Bu ğəmdü Xızr bizə çeşməsi bu ağlar göz
Axınca qətrəbəqətrə bəqa verür qəlbə

ای اشک شوق آینه‌ام پاک کن ولی
زنگ غمم مبر که صفا می‌دهد به دل

Ey eşq göz yaşı ayinəmi təmizlə fəqət
Qəmin təmizləmə cəngin səfa verür qəlbə

غم صیقل خداست خدایا ز ما مگیر
این جوهر جلی که جلا می‌دهد به دل

Xuda sığalıdı qəm ey Xuda əsirgəmə ki
Edüb zühur bu cövhər cila verür qəlbə

قانع به استخوانم و از سایه تاج‌بخش
با همتی که بال هما می‌دهد به دل

Sümüklə qaneyəm həm kölgə tac ilən verənəm
Qanad ilən belə himmət Hüma verir qəlbə

تسلیم با قضا و قدر باش شهریار
وز غم جزع مکن که جزا می‌دهد به دل

Bu bəxt ü qismətə ey Şəhriyar ol təslim
Ki ğəmdən eyləmə nalə cəza verür qəlbə

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Quş Dili

Şe’r və şair haqqında – Seyyid Cəmalüddin Əsədabadi

Seyyid Cəmalüddin Əsədabadi Əfğani Şe’r və şair haqqında Bəzi insanlarda bir əcəb...

Quş Dili

Hafiz Şirazinin qəzəli Hacı Mailin tərcüməsində

Dün gecə gizli gedib xaneyi-cananə yavaş Barmaq üstə yeridim yatdığı eyvanə yavaş...

Quş Dili

Məhəmmədhüseyn Şəhriyardan tərcümə – Məcid Dövri

باز کن نغمه جانسوزی از آن ساز امشب تا کنی عقده اشک...

Quş Dili

Fəridüddin Əttarın “Məzhər-ül-əcaib” əsərindən tərcümə – İmran Beyti

Şeyx Fəridüddin Əttar Nişapurinin "Məzhər-ül-əcaib" əsərindən 35, 36, 37-ci bəxşlərin tərcüməsi: یک...