Türkdilli şair və yazarlar AMİN İctimai Birliyinin qonağı olublar.
Dünən Özbəkistanın elm və mədəniyyət xadimi, araşdırmaçı şair, AMİN İctimai Biriliyinin ölkə xaricindəki ilk fəxri üzvü Muqimjon Nurboyevin başçılığı ilə türkdilli şair və yazıçılarından ibarət heyət AMİN İctimai Birliyində qonaq olublar.
Görüşdə Özbəkistan Respublikasından Muqimjon Nurboyev, Turamirzo Oripov, professor Havasxon Shokirova, sənətçi Dilnoza Azizova, Qırğızıstan Respublikasından Orozmet Osmonqulov, Tacikistan Respublikasından Rəhimberdi Berdiyev, Abdullo İsroilov və AMİN İctimai Birliyindən Seyyid Əsri, İmran Səbri, Selcan Təvvabi iştirak ediblər.
Dilnoza xanımın gözəl avazı, tarzən İmran Səbrinin müşaiəti, şairlərin şerləşməsi və ədəbi söhbətlər fonunda ruhoxşayan, səmimi və yaddaqalan görüş baş tutub.
Məclisin sonunda Muqimjon Nurboyev “Qırğız Akın-Yazıçıları” ictimai fondunun üzvlük vəsiqəsi, döş nişanı və təşəkkürnaməsini, Çingiz Aytmatov medalını, “Turan ədibləri-3” kitabını ictimai birliyimizin sədri Seyyid Əsriyə təqdim edib. Özbəkistan və Qırğızıstan milli papaqları, Turamirzo Oripovun türkcə “Ömür kervanı”, Abdullo İsroilovun tacikcə “İlticayi-dil” kitabları AMİN İctimai Birliyinə hədiyyə edilib.
Həmçinin Seyyid Əsri də müəllif imzası ilə öz “Fidan çiçəkləri” kitabını və İctimai Birliyin digər nəşrlərini qonaqlara təqdim edib.
Qardaş ölkələr arasında elmi-ədəbi və milli-mənəvi əlaqələrin güclənməsinə mühüm töhfələr verəcək belə tarixi görüşlərin davamlı və qarşıqlı təşkil olunması planlaşdırılıb. Sonda xatirə şəkli çəkilib.
Şərh Yaz