Ana Səhifə VƏFAlılar İmran Səbri – “Vəfa” Ədəbi Məclisinin üzvü
VƏFAlılar

İmran Səbri – “Vəfa” Ədəbi Məclisinin üzvü

Paylaş
Paylaş

Sabirov İmran Eldəniz oğlu 14 iyun 2007-ci ildə Şamaxı şəhərində doğulmuşdur. 2021-ci ildə Şəhid Rauf Əliyevin tar sinifin bitirmişdir. Hazırda Bakı Dövlət Universtetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsində təhsil alır.

QƏZƏLLƏR

Qəlbə xoş təsir edir, çünki səfadır musiqi,
Dərdə məlhəm eyləyən bir xoş dəvadır musiqi,

Musiqi tək qoymaz əsla qəm çəkən insanları,
Dərdə ortaq, eşqə sadiq aşinadır musiqi,

Həm qəmi izah edir həm sevgini həm ülfəti,
Həm Qəməngiz ü həmi Şur ü Nəvadır musiqi,

Xoş səda insanı hər vəqt xoş əhval eyləməz,
Dinləsən möhnət məqamında cəfadır musiqi,

Səbriya, al tarını bir nəğmə çal üşşaq üçün,
Məclisin istəklisi bir xoş sədadır musiqi.

***

Ey gül bilirəm Leylidən artıq hünərin var,
Məcnun kimi çox dillərə dastan əsərin var,

Bülbül deyiləm bağdə ətrin qoxuyum mən
Pərvanə olum, qoy yanım əlbət şərərin var,

Zülfün həvəs ilə ürəyim tari mar oldu,
Mən bilmədim hər riştədə zəqqum zəhərin var,

İşvən, baxışın, sərv boyun, kiprigü qaşın,
Tir ilə yayın, balta qılıncın, kəsərin var

Söz kəsməsən heç qəm yemərəm bir kərə ey gül
Ancaq, mənə bax qoyki bilim mən nəzərin var,

Dəng etmərəm ey gül ürəyin qoy rahat olsun,
Məndən də iraq gör nə qədər dərdi sərin var

Səbri, nə qədər səbr elədim getdi əlimdən,
Ən sonda dedi yar üzümə- ” çox zərərin var”.

***

Vurdu gün zülfünə zülfü gülümün naz elədi,
O gülüzlüm nə səbəb nazını bəs az elədi,

Nə təravətli imiş yarımın hər dəm nəfəsi,
Bu xəzan ömrümü birdən dəyişib yaz elədi,

Boğulurdu qəm içində nə qədər aşiqlər,
Hammısın əhli-fərəh ol büti tənnaz elədi,

Bu şirin məclisi bir kəs də eşitmir, ey dost,
Şurə Fərhad¹ gəlib bəzmdə Şəhnaz elədi,

Səbriya, mən danışarkən olur idim kəkəmə,
O gülün eşqi məni gör necə sözbaz elədi.

  1. Bakı Dövlət universtetinin Biologiya fakültəsinin tələbəsi və kamança ifaçısı Fərhad Məmmədəliyev ↩
Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
VƏFAlılar

Məhəmməd Mədəni – “Vəfa” Ədəbi Məclisinin üzvü

Əliyev Məhəmməd Mahir oğlu 9 noyabr 2008-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir....

Əsgər Safi
VƏFAlılar

Əsgər Safi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Babayev Əsgər Asif oğlu 2008-ci ildə Bakı şəhərində anadan olub. Hal-hazırda Bakı...

VƏFAlılar

Əliqulu Yari – “Vəfa” Ədəbi Məclisinin üzvü

Abuşov Əliqulu Coşqun oğlu 1998-ci il 11 oktyabr Bakı şəhərində anadan olub....

Azər Ərzi
VƏFAlılar

Azər Ərzi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Azər Ərzi (Osmanlı Azər Azad oğlu) 1 yanvar 2000-ci ildə Astara rayonunda...