Ana Səhifə Quş Dili Nizami Gəncəvinin “Leyli və məcnun” məsnəvisindən yeni tərcümə
Quş Dili

Nizami Gəncəvinin “Leyli və məcnun” məsnəvisindən yeni tərcümə

Paylaş
Paylaş

Böyük Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisindən məşhur bir hissənin öz ölçüsündə (Leyli–Məcnun həzəci) tərcüməsi

Məf’Ulü məfA’ilün fə’Ulün

OĞLU MUHƏMMƏD NİZAMİYƏ NƏSİHƏTİ

On dörd yaşar gözüm çırağı,
Elmində iki cahan sorağı.

Bir vaxt ki, yeddi yaşa doldun,
Gültək çəmənə həvalə oldun.

On dördünə gəldin indi çatdın,
Yüksəkliyə sərvtək boy atdın.

Elm eylə tələb, böyüklük öyrən,
Gündən-günə xəlqə xoş görün sən.

Aiddi kiçiklərə nəsəb, ad,
Nəsli böyüyün olunmayır yad.

Lazımsa böyüklük etmək e’lan,
Yox faidə oğlum olmağından.

Aslan kimi ordular dağıt sən,
Öz xislətinə həmişə söykən.

Dövlət diləsən, səbəb gözətlə,
Xəlq ilə, çalış, ədəb gözətlə.

Əfsanələr uydurursan harda,
Sal yadına ki, Xuda var orda.

Seç halına uyğun iş, nəhayət,
Ol iş sənə verməsin xəcalət.

Gəl ver, ey oğul, mənə qulaq sən,
Gör faidə bu nəsihətimdən.

Şöhrətdə, bu, bəllidir, gözün var,
Şairlik üçün yarar sözün var.

Aludəsi olma şe’rin əsla,
Ən yaxşısı ən yalanıdır ha.

Ondan diləmə uca məqamı,
Xətm eylədi şe’ri çün Nizami.

Gərçi ucadır məqamı nəzmin,
Elm eylə tələb, puç etmə əzmin.

Bu xətti-qiyasi cədvəlindən,
Cəhd et, özünü araşdır, öyrən.

Etsən özünü əgər ki təhlil,
Aydınladar ağlın ol hünər, bil.

Peyğəmbər der ki: “İlmu ilman,
İlmul-ədyan u ilmul-əbdan”1.

Hər biri saçır bir ətri-ənbər,
Bir ətr fəqih, təbib digər.

İsa kimi can verən təbib ol,
Can almağa gəzmə, ey oğul, yol.

Olsan fəqih, ol dürüstlük ilə,
Öyrətmə, saqın, riya və hiylə.

Olsan hər ikisi, yüksələrsən,
Hər yerdə qabaqda sən gələrsən.

Ol sahibi hər tərəfdə anın,
Ol alimi hər iki cahanın.

Bir elmi əgər ki öyrənirsən,
Cəhd et, onu hərtərəfli öyrən.

Palançılığında yaxşı olsan,
Üstündü bu, pis papaqçılıqdan.

Mən söyləyirəm, sən isə eylə,
Ömr eyləmə boş oturmaq ilə.

Müəllif: Nizami Gəncəvi
Mütərcim: Azər Ərzi

  1. Elmlər elmi dinlər və bədənlər (tibb) elmidir.
Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Quş Dili

Şe’r və şair haqqında – Seyyid Cəmalüddin Əsədabadi

Seyyid Cəmalüddin Əsədabadi Əfğani Şe’r və şair haqqında Bəzi insanlarda bir əcəb...

Quş Dili

Hafiz Şirazinin qəzəli Hacı Mailin tərcüməsində

Dün gecə gizli gedib xaneyi-cananə yavaş Barmaq üstə yeridim yatdığı eyvanə yavaş...

Quş Dili

Məhəmmədhüseyn Şəhriyardan tərcümə – Məcid Dövri

باز کن نغمه جانسوزی از آن ساز امشب تا کنی عقده اشک...

Quş Dili

Məhəmmədhüseyn Şəhriyardan tərcümə – Məcid Dövri

Seyyid Mühəmmədhüseyn Şəhriyarın qəzəli Məcid Dövrinin bədii tərcüməsində از غم جدا مشو...