Ana Səhifə VƏFAlılar Əliqulu Yari – “Vəfa” Ədəbi Məclisinin üzvü
VƏFAlılar

Əliqulu Yari – “Vəfa” Ədəbi Məclisinin üzvü

Paylaş
Paylaş

Abuşov Əliqulu Coşqun oğlu 1998-ci il 11 oktyabr Bakı şəhərində anadan olub. 2005-ci ildə 181 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 10-11-ci sinfi isə Salyan rayon 4 saylı orta məktəbini bitirib.

QƏZƏLLƏR

Ol sənəm aşiqinin qəlbiniki qan elədi
Atıban kirpig oxun qanına qəltan elədi

Boylanırdımki görəm bir kərə yarın üzünü
Mənə bir zülm elədi gül üzünü yan elədi

Qovuşan bir birinə gör neçə aşiqlər olub
Sevərək bir birini ömrü firavan elədi

Alaraq ağlımı başımdan o rəna dilbər
Axırı məsgənimi çöllü biyaban elədi

Düşmənin düşməninə etmədigi zülmləri
Yari gördünmü sənə sevgili canan elədi

***

Etmiş yenə zülfün fikirin bir gecə Yari
Röyaya dalım səndə gələrsən səni Tari

Mən gül üzünü görməyirəm gör neçə vaxtdur
Röyada görərdim üzünü mən yenə bari

Bir sən olasan bəsdi mənə neyləyirəm ki
Şan şöhrət ilə cah ü cəlal dövlət ü vari

Bir ah u fəğan etmiş idim səndən ötür mən
Məcnun eşidib söylədi yoxmuş bunun ari

Yari yaşayıb zövq ü məhəbbət dəxi dinmə
Tən’ eyləyəcək cümlə cəhan çəkmə bu cari

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
Əsgər Safi
VƏFAlılar

Əsgər Safi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Babayev Əsgər Asif oğlu 2008-ci ildə Bakı şəhərində anadan olub. Hal-hazırda Bakı...

Azər Ərzi
VƏFAlılar

Azər Ərzi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Azər Ərzi (Osmanlı Azər Azad oğlu) 1 yanvar 2000-ci ildə Astara rayonunda...

VƏFAlılar

İmran Səbri – “Vəfa” Ədəbi Məclisinin üzvü

Sabirov İmran Eldəniz oğlu 14 iyun 2007 ci ildə ŞAMAXI şəhərində doğulmuşdur....

VƏFAlılar

Aydan Əhdi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Aslanlı Aydan Mahir qızı 11 iyul 2005-ci ildə Bakı şəhərində dünyaya gəlib....