Ana Səhifə Xəbərlər Seyyid Əsrinin ilk elmi seminarı müvəffəqiyyətlə baş tutub
Xəbərlər

Seyyid Əsrinin ilk elmi seminarı müvəffəqiyyətlə baş tutub

Birliyimizin sədri Seyyid Əsrinin ilk elmi seminarı müvəffəqiyyətlə baş tutub

Paylaş
Paylaş

BDU-nun Şərqşünaslıq fakültəsində “Ləfzi sənətlərdə xas ərəb hərflərinin türkcənin səs quruluşu ilə uzlaşdırılması problemi yönündə həlledici bölgü (Tövzi sənəti nümunəsi)” mövzusunda elmi seminar baş tutub.

Məruzəçi AMİN İctimai Birliyinin sədri, BDU-nun Elmi Kitabxanasının baş biblioqrafı, şair Heydərli Məcid (Seyyid Əsri) seminarın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə töhfə olduğunu bildirib.

O əvvəlcə divan ədəbiyyatımızdakı ləfzi sənətlərin tarixilik baxımından məhz ərəb qrafikası və türk dili tələffüz sistemi meyarları əsasında araşdırılmasının zəruriliyini vurğulayıb.

Tövzi (alliterasiya və assonans) bədi sənətinin klassik şərq bəlağət kitablarındakı təriflərini nəzərə çatdırıb. Daha sonra yazılışı və tələffüzü eyni olan səslərin təkrarını “tam tövzi”, tələffüzü dilimizdəki ən uyğun səslə eyniləşdirilmiş müxtəlif xas ərəb hərflərinin təkrarını isə “naqis tövzi” terminləri ilə adlandıraraq metodoloji baxımdan ilk olan təsnifatı təqdim edib. Oxşar səslərin təkrarının “şibhi-tövzi” (tövzinin bənzəri) adlandırılmasının məqsədəuyğun olduğunu bildirib. Bu yeni bölgünün digər ləfzi sənətlərə də tətbiq olunma ehtimalını yüksək qiymətləndirib.

Ərəb, fars və türkdilli divan ədəbiyyatlarından seçilmiş çoxsaylı nümunələr məsələni daha da aydınlaşdırıb.

Tədbirin sonunda çıxış edən Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan bu seminarın klassik ədəbiyyat tədqiqatı yolunda yeni cığır açdığını qeyd edib. Seyyid Əsrinin təşəbbüsü ilə yaradılan “Şərq ülkəri” ədəbi məclisinin və “Bəlağət akademiyası” layihəsinin də tələbələr tərəfindən böyük maraqla qarşılandığını diqqətə çatdırıb.

Tədbirdə fakültənin rəhbərliyi, BDU-nun Elmi Kitabxanasının əməkdaşları müəllim və tələbələr iştirak ediblər.

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
VƏFA Ədəbi MəclisiXəbərlər

“Vəfa” Ədəbi Məclisinin növbəti görüşü keçirildi. 06.09.2026

“Vəfa” Ədəbi Məclisində bu həftə Qövsi Təbrizinin bir qəzəli oxundu və şərh...

VƏFA Ədəbi MəclisiXəbərlər

“Vəfa” Ədəbi Məclisinin növbəti görüşü keçirildi. 09.08.2026

“Vəfa” Ədəbi Məclisində bu həftə Mövlana Məhəmməd Füzulinin "Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu"...

VƏFA Ədəbi MəclisiXəbərlər

“Vəfa” Ədəbi Məclisinin növbəti görüşü keçirildi. 02.08.2026

“Vəfa” Ədəbi Məclisində bu həftə Mövlana Məhəmməd Füzulinin "Məndə Məcnundan füzun aşiqlik...