Özbəkistan Respublikasının ictimai xadimi, şair, yazıçı və AMİN İctimai Birliyinin ölkə xaricindəki ilk fəxri üzvü cənab Muqimjon Nurboyevin hazırladığı “Turan ədibləri” antologiyasının 3-cü cildi nəşr edilib. Müxtəlif türkdilli ölkələrin şair və yazıçıları haqqında məlumat və əsərlərindən nümunələr verilən topluda birliyimizin sədri Seyyid Əsrinin də tərcümeyi-halı və qəzəlləri (s.190-192) yer almışdır.
AYB-nin katibi Səlim Babullaoğlunun ön söz yazdığı antologiya Bakıda “Zərdabinəşr” mətbəəsində çapdan çıxmışdır.
Şərh Yaz