AMİN İctimai Birliyinin növbəti kitabı “Qəzəllər” işıq üzü görüb. Bu nəşr Vahid poetik üslubunun müasir davamçısı, “VƏFA” ədəbi məclisinin üzvü Azər Vahidin ilk şeir toplusudur.
Kitab böyük qəzəl ustadı Əliağa Vahidin 130 illik yubileyi münasibətilə hazırlanaraq, onun poetik ruhunun müasir qəzəl ədəbiyyatında yaşaması arzusu ilə oxuculara təqdim edilir.
Nəşrin ön söz müəllifi Seyyid Ümmi, korrektoru Məhəmməd Nuri, üz qabığının dizayneri isə Hüseyn Şərifzadədir.
Kitabı əldə etmək istəyənlər bizimlə WhatsApp nömrəmiz və sosial şəbəkə hesablarımız vasitəsilə əlaqə saxlaya bilərlər.
Şərh Yaz