Ana Səhifə Kitablarımız AMİN İctimai Birliyinin Hədiqət-ül-əhadis adlı ikinci kitabı işıq üzü gördü
KitablarımızXəbərlər

AMİN İctimai Birliyinin Hədiqət-ül-əhadis adlı ikinci kitabı işıq üzü gördü

Paylaş
Hədiqət-ül-əhadis
Hədiqət-ül-əhadis
Paylaş

Ədəbiyyatşünaslar və poeziya həvəskarları üçün yeni nəşr təqdim edilib. AMİN İctimai Birliyi tərəfindən işıq üzü görən ikinci kitab “Hədiqət-ül-əhadis” adlanır.

Nəşr böyük Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinə töhfə kimi hazırlanıb. Eyni zamanda kitab Azərbaycan–Özbəkistan mədəni əlaqələrinə həsr olunaraq, klassik Şərq ədəbiyyatının görkəmli nümayəndələri — Əlişir Nəvainin ustadı Əbdürrəhman Caminin 610 illiyinə də yadigar olaraq təqdim edilir.

Tədqiqat əsərində Caminin farsca, Nəvainin türkcə (özbəkcə) və Füzulinin azərbaycanca qələmə aldığı “Qırx hədis” mənzumələri müxtəlif əlyazmalar və qədim çap nümunələri əsasında hazırlanıb. Kitabda mətnlərin ərəb qrafikalı elmi-tənqidi variantı, latın əlifbasında oxunuşu, tərcümələri və sadələşdirilmiş nəsr formaları yer alır.

Nəşrin tərtibçisi və tərcüməçisi tədqiqatçı-şair Əşrəf Fəxri, elmi rəyçisi filologiya elmləri doktoru Ataəmi Mirzəyev, ön söz müəllifi AYB üzvü şair Azər Fəraqidir. Kitabın rəssamı Anar İsmayılov, dizayneri isə Hüseyn Şərifzadədir.

Yeni nəşrin klassik irsə maraq göstərən oxucular, tədqiqatçılar və ədəbiyyatşünaslar üçün dəyərli mənbə olacağı gözlənilir.

Kitabı əldə etmək istəyənlər bizimlə WhatsApp nömrəmiz və sosial şəbəkə hesablarımız vasitəsilə əlaqə saxlaya bilərlər.

 

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
VƏFA Ədəbi MəclisiXəbərlər

“Vəfa” Ədəbi Məclisinin növbəti görüşü keçirildi. 06.09.2026

“Vəfa” Ədəbi Məclisində bu həftə Qövsi Təbrizinin bir qəzəli oxundu və şərh...

VƏFA Ədəbi MəclisiXəbərlər

“Vəfa” Ədəbi Məclisinin növbəti görüşü keçirildi. 09.08.2026

“Vəfa” Ədəbi Məclisində bu həftə Mövlana Məhəmməd Füzulinin "Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu"...

VƏFA Ədəbi MəclisiXəbərlər

“Vəfa” Ədəbi Məclisinin növbəti görüşü keçirildi. 02.08.2026

“Vəfa” Ədəbi Məclisində bu həftə Mövlana Məhəmməd Füzulinin "Məndə Məcnundan füzun aşiqlik...