Əlili Əkbər Əfşar oğlu 2010-cu il may ayının 31-də Bakı şəhərində anadan olmuşdur. 2016-cı ildən 16 nömrəli texniki-humanitar liseydə təhsil alır.
QƏZƏLLƏR
Yarımdan özgə qəlbimə xan olmur olmasın
Yaxud edən könüldə məkan olmur olmasın
Cananə canı eyləmək olmur əgər fəda
Lazım deyil bu cismdə can olmur olmasın
Hicran odunda dönsə külə aşiqin təni
Ol eşqdə vüsala güman olmur olmasın
On dörd nəfərdir anlamı dünyanın ey könül
Onlar yox isə cümlə cahan olmur olmasın
Dilbər gözəlliyiylə zəlil eyləmirsə gər
Müjganı tir qaşı kəman olmur olmasın
Əkbər beş-altı arif əgər anlayır məni
Əğyarə bunca kəlməm əyan olmur olmasın
* * *
Ey mah eşqdən gələ bilməz cəfa sənə
Çünki olubdur eşqin özü mübtəla sənə
Biz sizdə seyr qıldıq ən ülvi məhəbbəti,
Sən aşina Xudaya, Xuda aşina sənə
Cənnət ziyasının üzünə əksi yetməyib,
Dünyadə kövsəri edib Allah əta sənə
Seyr eyləyib müsəlmanı gözdən axıtma yaş
Çün ağlasan əgər bizə, ağlar fəza sənə
Müştağı xublərdir üzün, zövq, şövq ilə,
Söylər iki cahanda yəqin mərhəba sənə
Olsa əlində cümlə əlifbadan ayrılar,
Eylər bir ömr xidməti çün ta vü ha sənə
Bu acizanə şerə görə əfv et Əkbəri,
Fərz eylə şahısan bunu yazmış gəda sənə
* * *
Ya Rəb, məni kənar eləmə kuyi-yardən
Çün nəşi ayrı salmış olarsan məzardən
Səhrayə Qeystək o qədər eylədim həvəs
Artıq gözüm mənim tutulubdur qubardən
Aldım soyuq-soyuq ələ peymanə mey dolu
Nuş eylədim o qədr ki tuttum azardən
Əfv et, səni necə qonaq etsin bu xatirim?
Axır ayılmayır ki başım ahu zardən
Bir an sənin görərsəm əgər odda nurunu
Olmaz şikayətim belə əsla ki nardən
Kim eşq bağına qoya bilmir əgər qədəm,
Xəlvətcə hiç olmasa baxsın həsardən
Əkbər, yox isə eşqi qınaq etmə zahidi
Satmırlar ol mətanı ki alsın bazardən
Şərh Yaz