Mehrac Sadıqov Qürbət oğlu 2010 cu il martın 30 dünyaya gəlib. Bakının Hökməli kəndində boya-başa çatıb. Hal hazırda orta məktəbdə təhsilinə davam edir. Vəfa Ədəbi məslisinin üzvüdür.
QƏZƏLLƏR
Qalınca türreyi-canan ayaqlar altında,
Əzilsin əzmi-cəlal, can ayaqlar altında.
Gözəl könül səni saxlardım əllər üstündə,
Olursan heyf ki qurban ayaqlar altında.
Gedəndə ins ü mələklə kənarə bax birdə,
Qarışqa əzmə Süleyman ayaqlar altında.
Adınla cəngə girərsəm əgər, sənin eylər,
Fəzilətin neçə aslan ayaqlar altında.
Dilim dodağıva söz söyləyib əlavə, olub
Dilim, dilim-dilim ehsan ayaqlar altında.
Oxursan eşq ilə bir xarə nəğmə ey bülbül,
Qalıbdır etdiyin əlhan ayağlar altında.
Fəda edər dili-sədparəsin gəda Mehrac,
Rəvamıdır ola sultan ayaqlar altında
* * *
Fəda et, fəda dilbərə can fəda,
Ona cürbəcür min kərə can fəda.
Saç ənbər, göz almaz, qaş əyri bir ox
Oxa, almaza, ənbərə can fəda.
Sözün var dəhanında qurbanınam,
Dodaqlarda bal şəkkərə can fəda.
Şərab əhlin əhsən yenə məst edib,
Meyə can fəda, sağərə can fəda.
Qədəm qoymusan hər hara mən öpüm,
Əlin dəyib ol Xeybərə can fəda.
Bilikli, cəsarətli, qeyrətlidir
Peyəmbər sevən Heydərə can fəda.
Döyüşlərdə Allahu-əkbər deyib,
Şəhid olan əsgərlərə can fəda.
* * *
Unudub cahanı barı, üzü tut nigarə sarı
Dolanıb məqamı yarı, könül eşqi sor dəlidən.
Neçə qorxu vadisindən keçərək məqamə yetdim,
Səri-kuyinin itindən, qan içən qəra zəlidən.
Bu ətir müqəddəs olmuş cana can verir yenidən,
Bu ətir gəlir Nəcəfdən, bu ətir gəlir Əlidən.
Ey üzü işığlı ayım,toxuyum gəlişin üçün,
Başın üstünə çələngdən, ayaq altına xəlidən.
Yer üzündə ta əzəldən iki aşiq iz salıbdır,
Biri Qeys olub ərəbdən, biri Mehrac Hökməlidən.
Şərh Yaz