Ana Səhifə VƏFAlılar Əkbər Əlili – “Vəfa” Ədəbi Məclisinin üzvü
VƏFAlılar

Əkbər Əlili – “Vəfa” Ədəbi Məclisinin üzvü

Paylaş
Paylaş

Əlili Əkbər Əfşar oğlu 2010-cu il may ayının 31-də Bakı şəhərində anadan olmuşdur. 2016-cı ildən 16 nömrəli texniki-humanitar liseydə təhsil alır.

QƏZƏLLƏR

Yarımdan özgə qəlbimə xan olmur olmasın
Yaxud edən könüldə məkan olmur olmasın

Cananə canı eyləmək olmur əgər fəda
Lazım deyil bu cismdə can olmur olmasın

Hicran odunda dönsə külə aşiqin təni
Ol eşqdə vüsala güman olmur olmasın

On dörd nəfərdir anlamı dünyanın ey könül
Onlar yox isə cümlə cahan olmur olmasın

Dilbər gözəlliyiylə zəlil eyləmirsə gər
Müjganı tir qaşı kəman olmur olmasın

Əkbər beş-altı arif əgər anlayır məni
Əğyarə bunca kəlməm əyan olmur olmasın

* * *

Ey mah eşqdən gələ bilməz cəfa sənə
Çünki olubdur eşqin özü mübtəla sənə

Biz sizdə seyr qıldıq ən ülvi məhəbbəti,
Sən aşina Xudaya, Xuda aşina sənə

Cənnət ziyasının üzünə əksi yetməyib,
Dünyadə kövsəri edib Allah əta sənə

Seyr eyləyib müsəlmanı gözdən axıtma yaş
Çün ağlasan əgər bizə, ağlar fəza sənə

Müştağı xublərdir üzün, zövq, şövq ilə,
Söylər iki cahanda yəqin mərhəba sənə

Olsa əlində cümlə əlifbadan ayrılar,
Eylər bir ömr xidməti çün ta vü ha sənə

Bu acizanə şerə görə əfv et Əkbəri,
Fərz eylə şahısan bunu yazmış gəda sənə

* * *

Ya Rəb, məni kənar eləmə kuyi-yardən
Çün nəşi ayrı salmış olarsan məzardən

Səhrayə Qeystək o qədər eylədim həvəs
Artıq gözüm mənim tutulubdur qubardən

Aldım soyuq-soyuq ələ peymanə mey dolu
Nuş eylədim o qədr ki tuttum azardən

Əfv et, səni necə qonaq etsin bu xatirim?
Axır ayılmayır ki başım ahu zardən

Bir an sənin görərsəm əgər odda nurunu
Olmaz şikayətim belə əsla ki nardən

Kim eşq bağına qoya bilmir əgər qədəm,
Xəlvətcə hiç olmasa baxsın həsardən

Əkbər, yox isə eşqi qınaq etmə zahidi
Satmırlar ol mətanı ki alsın bazardən

Paylaş

Şərh Yaz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bənzər Məqalələr
VƏFAlılar

Mehrac Sadıqov – “Vəfa” Ədəbi Məclisinin üzvü

Mehrac Sadıqov Qürbət oğlu 2010 cu il martın 30 dünyaya gəlib. Bakının...

VƏFAlılar

Məhəmməd Mədəni – “Vəfa” Ədəbi Məclisinin üzvü

Əliyev Məhəmməd Mahir oğlu 9 noyabr 2008-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir....

Əsgər Safi
VƏFAlılar

Əsgər Safi – “Vəfa” Ədəbi Məclisinin üzvü

Babayev Əsgər Asif oğlu 2008-ci ildə Bakı şəhərində anadan olub. Hal-hazırda Bakı...

VƏFAlılar

Əliqulu Yari – “Vəfa” Ədəbi Məclisinin üzvü

Abuşov Əliqulu Coşqun oğlu 1998-ci il 11 oktyabr Bakı şəhərində anadan olub....