Çəkdi səni tale’ bu gülüstanə gözəl qız
Şövq ilə yanaş bülbüli-nalanə gözəl qız
Şövq ilə yanaş bülbüli-nalanə gözəl qız
Sən şəm’inə öz sevgili pərvanəni yandır
Batsın həsədindən qəmə biganə gözəl qız
Batsın həsədindən qəmə biganə gözəl qız
Öz qaynatanı qaynananı dindir ədəblə
Düşsün bu gözəl şöhrətin hər yanə gözəl qız
Düşsün bu gözəl şöhrətin hər yanə gözəl qız
Artsın şərəfin cümlə qohum-qonşu yanında
İş gör ki ola layiq o insanə gözəl qız
İş gör ki ola layiq o insanə gözəl qız
Biz oğlumuzu tapşırırıq bir sənə yalnız
Ancaq səni də sevdiyin oğlanə gözəl qız
Ancaq səni də sevdiyin oğlanə gözəl qız
Namusla şərəflə yetirin siz başa ömrü
Mərd ailə vurmaz ləkə vicdanə gözəl qız
Mərd ailə vurmaz ləkə vicdanə gözəl qız
Qiymətli qəzəldir bunu Vahid sənə yazmış
Sənsən sədəfi-ismətə dürdanə gözəl qız
Sənsən sədəfi-ismətə dürdanə gözəl qız
Əliağa Vahid
Şərh Yaz